Neft-qaz şirkətləri neftin qiymətinin ucuzlaşması fonunda yeni layihələrə çəkilən xərcləri bir neçə onillik ərzində gözəçarpacaq dərəcədə ixtisar edirlər.
Wood Mackenzie konsaltinq şirkətinin məlumatına görə, artıq 380 milyard dəyərində 68 iri upstream (geoloji kəşfiyyat və hasilat) layihəsi ləğv edilib və ya təxirə salınıb, Financial Times məlumat yayıb.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu yataqlar üzrə ehtiyatlar 27 milyard barel neft ekvivalentində, potensial hasilat isə gündə 2,9 milyon barel neft ekvivalentində dəyərləndirilir.
Wood Mackenzie-nin dəyərləndirmələrinə görə, onların çoxunun həyata keçirilməsi gələn onilliyin əvvəlinə keçirilib.
Keçən ilin iyun ayından ixtisarların həcmi təxminən iki dəfə - 200 milyard dollardan 380 milyard dollara qədər, yenidən baxılan layihələrin sayı isə demək olar ki, üçdə bir dəfə artıb.
Ən çox dərin özüllü qazma zərər çəkir - maya dəyəri çox yüksək olduğu üçün belə layihələrin yarısı ixtisar edilir.
“Yaxın altı ayda yeni layihələr təxirə salınacaq. Tendensiya davam edir”, - Wood Mackenzie-dən Enqus Rover hesab edir.