ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,19 dollar və ya 0,54% ucuzlaşaraq 35,10 dollar olub.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında fevralın 26-də keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,29 dollar və ya 0,88% azalaraq 32,78 dollar təşkil edib.