Fevralın 28-də dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.
Oxu.Az bu barədə hərracların son nəticələrinə istinadən məlumat verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,40 dollar və ya 0,60% azalaraq 66,23 dollar olub.
WTI neftinin qiyməti 1 barelə görə 0,30 dollar və ya 0,48% ucuzlaşaraq 62,71 dollar təşkil edib.