Dünya birjalarında neft bahalaşıb.
Oxu.Az xəbər verir ki, əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,35 dollar artaraq 45,48 dollar təşkil edib.
Brent markalı neftin 1 barelinin dəyəri isə 0,35 dollar bahalaşıb. Nəticədə 48,14 dollar olub.
Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,68 dollar düşüb. "Azeri LT CIF" 48,48 dollar təşkil edib.
Qızılın dəyəri isə 4 dollar yüksəlib. COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 4,30 dollar yüksələrək 1 226,00 dollara satılıb.
L.Ə.