Dünya birjalarında neft və qızıl ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, WTI neftinin qiyməti 1 barelə görə 0,13 dollar azalaraq 46,27 dollar təşkil edib.
Brent markalı neftin 1 barelinin dəyəri isə 0,13 dollar azalaraq 48,71 dollar olub. “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 0,15 dollar və ya 0,30% azalaraq 49,32 dollar təşkil edib.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 1,10 dollar ucuzlaşaraq 1 240,80 dollar olub.
L.Ə.