Bir neçə günlük artımdan sonra dünya bazarında neftin qiyməti yenidən düşməyə başlayıb.
Oxu.Az xəbər verir ki, Brent markalı neftin bir barreli 61 dollardan da aşağı satılıb. Neftin qiyməti 0,56% aşağı düşərək 60,68 dollarda qərarlaşıb.
WTI markalı neftin qiymətində isə bahalaşma var. Belə ki, WTI-nin bir barrelinin qiyməti 0,2% artaraq 50,62 dollar olub.