ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 37 dollardan aşağı düşüb.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Brent markalı neftin qiyməti 1,15% azalaraq bir barelə görə, 36,95 dollar təşkil edib.
Qeyd edək ki, sonuncu dəfə cari ilin dekabrın 14-də neftin qiyməti bu səviyyəyə düşmüşdü.
09:00
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,18 dollar və ya 0,48% ucuzlaşaraq 37,21 dollar olub.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrın 17-də keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07 dollar və ya 0,20% azalaraq 35,45 dollar təşkil edib.
Ülviyyə R. Əli
www.oxu.az