ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 4,10 dollar və ya 7,57% artaraq 54,15 dollar olub.
Oxu.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 3,98 dollar və ya 8,09% bahalaşaraq 49,20 dollar təşkil edib.
Ülviyyə R. Əli
www.oxu.az