Yaxın iki il ərzində neftin qiyməti bir barel üçün 60 dollar çərçivəsində olacaq.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin bildirib.
Keçmiş nazir neftin bir barel üçün 100 dollar və daha yuxarı qiyməti “qeyri-normal” adlandırıb:
“Rusiya iqtisadiyyatı, onun sözlərinə görə, əvvəlcədən bir barel üçün 60-80 dollara uyğunlaşmalı idi”- o, bildirib.
Qeyd edək ki, fevral ayının 26-da Brent markalı “qara qızıl”ın İCE London birjasında bir barel üçün qiyməti 0,08 dollar ucuzlaşaraq 61,55 dollardan ibarət olub. WTI markalı yüngül neftin qiyməti 1,06% ucuzlaşaraq bir barel üçün 50,45 dollar təşkil edib.