Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Neftin qiyməti yenidən bahalaşır
İki aydan çox davam edən ucuzlaşmadan sonra bu gün neft bahalaşıb.
Oxu.Az xəbər verir ki, “Brent” markalı neft birjalarda 71.25 dollarla satışa başlayıb.
Bu arada, rəsmi Tehran neftin qiymətinin ucuzlaşmasına görə Rusiya və Səudiyyə Ərəbistanını günahlandırıb.
Belə ki, İranın Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili öz çıxışında Rusiya ilə Səudiyyə Ərəbistanının neft istehsalını artırdığını və bunun da “qara qızıl”ın qiymətinin bir barel üçün 15 dollar ucuzlaşmasına səbəb olduğunu deyib.
O, neft tədarükünün artmasının qiyməti ucuzlaşdırdığını, bu vəziyyətin digər istehsalçılara mənfi təsir edəcəyini, Rusiya və Səudiyyə Ərəbistanının istehsalı azaltmasının vacibliyini bildirib.
Qeyd edək ki, “Brent” markalı neftin bir barelinin qiyməti ABŞ-ın İrana qarşı sanksiyalarda səkkiz ölkəyə güzəştə getməsi, eləcə də, Səudiyyə Ərəbistanı, Rusiya və Birləşmiş Ştatlarda hasilatın artması fonunda son səkkiz ayın minimumuna düşüb.
"İran" teqi üzrə xəbərlər
- Kanada İrandan Ukrayna təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürməsini tələb edib
- Azərbaycan ilə İran milli təhlükəsizliyin təmin olunması ilə bağlı fikir mübadiləsi apardı
- İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi İrəvanda erməni həmkarı ilə görüşüb
- Tehranın "yanacaq oyunu"nun səbəbi: İrəvanın hədəfi
- Mülki təyyarəni vuran İrana dünya ölkələrindən çağırış