“Bloomberg New Energy Finance” (BNEF) analitik şirkəti keçən ilin iyunundan etibarən neftin qiymətinin 2 dəfə ucuzlaşmasından qazanan və uduzan ölkələri müəyyən edib.
Oxu.Az xəbər verir ki, BNEF-in məlumatına əsasən, ABŞ, Avropa və Asiya ölkələri neftin satılmasından təxminən 900 milyard dollar əldə edib, Rusiya və Yaxın Şərq ölkələri isə müvafiq olaraq 218 milyard dollar və 357 milyard dollardan məhrum olub.
Avropa ölkələri isə öz növbəsində 300 milyard dollar, Asiya ölkələri isə təqribən 400 milyard dollar “qazanıblar”.