ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,3 dollar azalaraq 58,76 dollar olub.
Oxu.Az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,41 dollar azalaraq 51,98 dollar təşkil edib.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) cümə günü açıqladığı hesabata görə, 2015-ci ildə neftin orta dünya bazar qiyməti bir barel üçün 59 dollar olacaq.
Ülviyyə R. Əli
www.oxu.az