Suraxanı yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün saat 11:00-dan etibarən, Suraxanı yol qovşağında (“Buta Palace”in yaxınlığı) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.
Digər məlumata əsasən, bu gün saat 22:00-dan etibarən, Neftçilər prospektində (Azneft dairəsindən “Dalğa Plaza”ya qədər), Nizami Gəncəvi və Ələddin Quliyev küçələrində də nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Adıçəkilən ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə əlaqədardır.
