Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mayın 19-da hərracda satılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.
Oxu.Az komitəyə istinadən xəbər verir ki, hərracda 2004-cü il istehsalı olan UAZ-31519 1754 manata, 2006-ci il istehsalı olan eyni markalı avtomobilin qiyməti isə 1950 manata satılıb.
2004, 2005, 2006-ci il istehsalı olan Tofaş Şahin markalı avtomobillər isə müvafiq olaraq, 1937, 2121, 2192 satılıb.
2006-ci il istehsalı olan Tofaş 2239 manata, 2003-cü il istehsalı olan VAZ-21310 1485 manata alıcılara satılıb.
Bundan başqa, hərrac iştirakçısı 2007-ci il istehsalı olan “Nissan Maxima”-nı 4050 manata alıb.
Məlumat üçün bildirək ki, avtomobillərin start qiyməti ilə satış qiyməti arasında fərq olmayıb.
Ülviyyə R. Əli
www.oxu.az