Nobel prospektində təmir işləri ilə əlaqədar sıxlıq yaranıb.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə Nobel prospektində (Zığ şosesi istiqamətində) yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması sıxlığın yaranmasına səbəb olub.
Sürücülərə alternativ olaraq Babək prospektindən istifadə etmələri tövsiyə olunur.