Bu ilin noyabr ayında dünya bazarında “Brent” tipli xam neftin bir barreli 78,90 dollar olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən Oxu.Az-a bildiriblər ki, ötən ay “Urals” (Rusiya) tipli neftin bir barreli 78,92 dollardan, BTC FOB Ceyhan tipli xam neftin bir barreli isə 79,70 dollardan satılıb.