2014-cü ilin yanvar-noyabr aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-noyabr aylarına nisbətən 2,4 dəfə artaraq 5,6 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata əsasən, əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 91,2 faizini hüquqi şəxslərin, 8,8 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 94,7 faizini qeyri-ərzaq malları təşkil edib.