Neftin qiymətinin bir barelə görə 100-120 dollara qayıtması çətin ki, baş versin.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Neft ixrac edən ölkələr təşkilatında (OPEK) Səudiyyə Ərəbistanının nümayəndəsi Məhəmməd əl-Mədi Ər-Riyadda energetika üzrə konfransda bildirib.
“Biz başa düşürük ki, bütün dövlətlərə yüksək gəlir lazımdır... Və biz də bunu istəyirik. Lakin həmin prosesin təkcə bizim üçün yox, gələcək nəsillər üçün də olmasını istəyirik”, - Bəhreynin “Əl-Vəsat” qəzeti onun sözlərindən sitat gətirir.