“Azad edilmiş ərazilərdə yaradılan “ağıllı kəndlər”də yeni “ağıllı” icma əsaslı kənd təsərrüfatının inkişaf etdirilməsi prioritetlərdən biridir”.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı deyib.
O.Məmmədovun sözlərinə görə, KOBİA kənd yerlərində yaşayan gənc fermerlərə dəstək üçün Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlıq edir.
O əlavə edib ki, KOBİA bir sıra başqa sahələrdə də KOB-lara dəstək verir:
“Bura yerli bazarın araşdırılması, startap şəhadətnaməsinin verilməsi, KOB-lara müxtəlif səviyyəli dəstəklərin verilməsi və başqa bu kimi tədbirlər daxildir”.
KOBİA-rəsmisi əlavə edib ki, bir müddət əvvəl açılışı olan “Bakı KOB Evi”ndə sahibkarlara müxtəlif istiqamətlərdə dəstək verilir.
Daha çox şəkil burada: PhotoStock.az