2013-cü ildə ölkənin hər bir sakini ticarət şəbəkəsindən orta hesabla 2114,3 manatlıq müxtəlif istehlak malları alıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Azərbaycanın Dövlət Statistika Komitəsinin 2013-cü ilin hesabatında əks olunub.
Hesabata görə, 2013-cü ildə əhaliyə 19,7 milyard manatlıq istehlak malları satılıb.
Pullu xidmətlərin həcmi 8,2% artaraq 6,5 milyard manata çatıb.
İstehlak bazarından alınmış məhsulların 51,7%-ni ərzaq məhsulları, 48,3%-ni isə qeyri-ərzaq malları təşkil edib.
Ərzaq məhsullarının satışı 2,3%, qeyri-ərzaq mallarının satışı isə 20,2% artıb.
İstehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 51,7%-i qida məhsulları və içkilərin, 1,7% tütün məmulatlarının, 19,3% toxuculuq malları, geyim və ayaqqabının, 4,4% elektrik malları və mebelin, 1,2% kompüter avadanlıqları, kitab və digər çap məmulatlarının, 1,2% əczaçılıq və tibb mallarının, 6,4% avtomobil yanacaqlarının, 14,1%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2013-cü ildə ölkənin hər bir sakini ticarət şəbəkəsindən orta hesabla 2114,3 manatlıq müxtəlif istehlak malları alıb.
Gülnarə Zeynalova
www.oxu.az