Azərbaycanın Dövlət Statistika Komitəsi ölkənin kənd təsərrüfatı üzrə 2013-cü ilin makroiqtisadi göstəricilərini açıqlayıb.
Oxu.Az-ın komitəyə istinadən verdiyi xəbərə görə, 2013-cü il ərzində ölkəmizin aqrar bölmədə kənd təsərrüfatının ümumi məhsulu 4,9% artıb.
2013-cü ildə qarğıdalı da daxil olmaqla 2961,9 min ton taxıl, 992,7 min ton kartof, 1232,8 min ton tərəvəz, 44,8 min ton pambıq, 852,9 min ton meyvə və giləmeyvə, 429,7 min ton bostan məhsulları, 154,1 min ton üzüm, 181,4 min ton şəkər çuğunduru, 18,1 min ton dən üçün günəbaxan, 3,5 min ton tütün, 567,7 min ton yaşıl çay yarpağı toplanıb, diri çəkidə 514,4 min ton ət, 1820,5 min ton süd, 1401,5 milyon ədəd yumurta və 16,8 min ton yun istehsal olunub.
Dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı 4,2%, heyvandarlıq məhsulları istehsalı 5,5% artıb.
2014-cü ilin məhsulu üçün 1088,2 min hektar sahədə şum qaldırılıb, 979,1 min hektar sahədə dən üçün taxıl, o cümlədən 646,3 min hektar sahədə buğda, 332,7 min hektar sahədə arpa səpilib.
Gülnarə Zeynalova
www.oxu.az