Azərbaycanın Dövlət Statistika Komitəsi ötən il nəqliyyat sektoru üzrə olan makroiqtisadi göstəriciləri açıqlayıb.
Oxu.Az komitənin məlumatına əsasən xəbər verir ki, 2013-cü ildə nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən il ərzində 218 milyon ton yük və 1,7 milyard nəfər sərnişin daşınıb.
2012-ci ilə nisbətən yük daşınması 3,4%, sərnişin daşınması isə 8% artıb.
Yüklərin 10,7%-i dəmir yolu, 57,4%-i avtomobil nəqliyyatı, 26,6%-i boru kəməri vasitəsilə daşınıb.
Sərnişinlərin 87,9%-i avtomobil nəqliyyatı, 11,8%-i isə metropolitenlə daşınıb.
Gülnarə Zeynalova
www.oxu.az