Ötən il özgə əmlakına vurulan 36 milyon manatdan çox zərərin ödənilməsi təmin olunub.
Bu barədə yanvarın 19-da Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2023-cü il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib.
Bildirilib ki, hesabat ili ərzində istintaqı başa çatdırılan cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulan 91 milyon manatdan çox maddi ziyandan 36 milyon manatdan çoxunun ödənilməsi təmin olunub. Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılan cinayət işləri üzrə 43 milyon manatdan çox məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.
Bundan başqa, ötən dövrdə icraatına xitam verilən cinayət işləri üzrə özgə əmlakına vurulan 13 milyon manatdan çox maddi ziyan tam olaraq ödənilib.