Özbəkistan Milli Holdinq Şirkəti oktyabrın 23-dən avtomobil benzininin pərakəndə qiymətlərinin artdığını bəyan edib.
Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumatına görə, oktyabrın 23-dən Özbəkistanda Aİ-80 markalı benzinin 1 litrinin qiyməti 2800 sum, Aİ-91, 92, 93 - 3000 sum, Aİ-95 isə 3300 sum müəyyən olunub.
Bu o deməkdir ki, ölkədə benzinin qiymətləri 30 faizdən çox artıb.
Oktyabrın 24-nə rəsmi məzənnə: 3065,35 sum/1dollardır.
N.O.