Bu ilin altı ayında Azərbaycanda qeyri-dövlət sənaye müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqqı 15,5 faiz artaraq 867,9 manat təşkil edib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilənə görə, əməkhaqqının daha yüksək artımı emal bölməsinin poliqrafiya fəaliyyəti, içki, avtomobil və qoşquların, kağız və karton, rezin və plastmas, əczaçılıq, qida, neft məhsullarının, hazır metal məmulatlarının istehsalı, geyim, maşın və avadanlığın quraşdırılması və təmiri müəssisələrində müşahidə olunub.