İcbari Sığorta Bürosuna (İSB) nəzarətedici orqan dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə Fins.az-a Bürodan bildirilib.
Belə ki, prezident İlham Əliyevin fərmanı ilə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.
Dəyişikliyə əsasən İcbari Sığorta Bürosunun Nizamnaməsində “sığorta nəzarəti orqanı” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilib və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 23 noyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq təsdiq edilib.
Digər dəyişikliyə əsasən Büronun Himayəçilər Şurasının üzvlərinin tərkibində olan Maliyyə Nazirliyinin nümayəndələrini Maliyyə Bazarlarına Nəzarət Palatasının iki nümayəndəsi əvəzləyib.
U.A.
www.oxu.az