Avqustun 2-si saat 20:00-dan avqustun 3-ü saat 08:00-dək paytaxtın Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində, “Port Baku”nun inzibati binasının yaxınlığında dəmir yolunda əsaslı təmir-tikinti işləri aparılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Bu səbəbdən göstərilən ərazidən keçən bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.