Neftin qiymətinin ucuzlaşması ümumi dəyəri 1,5 trilyon dollar olan potensial layihələrin reallaşmasını təxirə sala bilər.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, bu qənaətə Qərb analitikləri gəlib.
Analitiklərin sözlərinə görə, son bir ildə neftin qiymətlərinin 50 dollardan aşağı düşməsi bir çox beynəlxalq şirkətlərin xərclərini azaltmağa və yeni layihələri təxirə salmağa sövq edib.
“1,5 trilyon dollar dəyərində layihələrin həyata keçirilməsi üçün neftin qiymətinin 50 dollardan yuxarı qalxmasına ehtiyac var” - deyə, analitiklər qeyd edib.
Bundan başqa, ucuz neft investorlara təsiri ilə yanaşı, iqtisadiyyatı neft ixracından asılı olan ölkələri də düşündürməyə vadar edib:
Belə ki, Rusiya enerji nazirinin köməkçilərindən biri cümə günü açıqlamasında neftin qiymətinin 50 dollardan 40 dollara qədər enməsi şəraitində Rusiyanın neft istehsalını azaldacağını qeyd etmişdi.
Ülviyyə R. Əli
www.oxu.az