Gəncə şəhər sakini, İlqar Abdullayevin fəaliyyət göstərdiyi Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti ev 510 A ünvanda yerləşən çayxanadaqanunla müəyyənləşdirilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkil olunduğu aşkarlanıb.
Bu barədə Vergilər Nazirliyindən Oxu.Az-a bildirilib.
Gəncə şəhəri, Kəpəz rayon Məhkəməsinin qərarı ilə İ.Abdullayevin fəaliyyət göstərdiyi çayxanada və yaşadığı ünvanda yerləşən mənzilində qanunsuz idman mərc oyunlarının təşkilində istifadə edilən 8 ədəd Notebook, xarici internet saytlardan əldə edilmiş və kağızda çap olunmuş idman mərc oyunlarının siyahısı, həmin oyunlara qoyulan proqnozlara görə verilən əmsallar barədə qeydlər aşkarlanaraq götürülüb.
O, 2011-ci ilin dekabr ayından 2016-cı ilin oktyabr ayınadək 680 min manat gəlir əldə edib və qanunvericiliyin müvafiq maddələri ilə şübhəli bilindiyindən ona qarşı cinayət işi başladılıb.
Noybarın 21-də İ.Abdullayevə Azərbaycan Respublikası CM-nin 192-1.3.2-ci maddəsilə ittiham elan edilib və Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan başqa Departamentin İstintaq idarəsi tərəfindən Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Sumqayıt şəhəri, Novxanı bağlarmassivində yerləşən, Rüstəmov Mehman Yavər oğluna məxsusbağ evində axtarış götürmə istintaq hərəkəti apararaq qanunsuz idman mərc oyunlarının təşkilində istifadə edilmiş 5 ədəd faks aparatı, 18 ədəd prosessor, 1 ədəd yaddaş kartı, 8 ədəd printer, 8 ədəd qumar masası, domino daşları, kartlar aşkar edilərək götürülüb.
Mehman Rüstəmovun 2011-ci ilin noyabr ayından 2016-cı ilin noyabr ayıda daxil olmaqla idman mərc oyunlarının təşkili nəticəsində 1 milyon manat, yəni külli miqdarda gəlir əldə etməkdə şübhələr üçün əsaslar olduğundan, qanunvericiliyin müvafiq maddələri ilə cinayət işi başladılıb.
O, Cinayət Məcəlləsinin 192-1.3.2 maddəsi ilə ittiham elan edilib və Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Vergilər Nazirliyi bir daha xatırladır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, yaxud xüsusi razılıq almadan həyata keçirilən sahibkarlıq fəaliyyəti inzibati və ya cinayət məsuliyyəti yaradırvə belə halların qarşısının alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər görüləcək.
U.A.
www.oxu.az