Dünya bazarlarında neftin qiyməti yenidən bahalaşıb.
Bu barədə Oxu.Az Bloomberg-ə istinadən xəbər verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,51% bahalaşaraq 48,86 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,11% artaraq 46,91 dollar təşkil edib.
Qeyd edək ki, bununla belə, dünən Brent markalı neftin qiyməti 49 dollardan aşağı düşmüşdü.
U.A.
www.oxu.az