Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev Azərbaycanda kazinoların açılmasına icazə verilməsini təklif edib.
Oxu.Az-ın məlumatına görə, Q.Həsənquliyev bildirib ki, kazinoların açılması həmin ərazilərə turist cəlbinə səbəb olacaq.
“Biz Azərbaycanda kazinolar aça bilərik. Məsələn, Qarabağda, Şərqi Zəngəzurda kazinolar aça və bununla turist cəlb edə bilərik”, - deyə deputat əlavə edib.