"Qazaxıstan neft ixracı üzrə bütün əlavə marşrutları nəzərdən keçirməyə hazırdır, lakin Xəzər Boru Kəməri Konsorsiumuna alternativ yoxdur".
Oxu.Az-ın "Interfax" nəşrinə istinadən xəbərinə görə, bu barədə Qazaxıstanın energetika naziri Yerlan Akkenov məlumat verib.
"Həmkarlarınız (jurnalistlər - red.) Qazaxıstanın alternativ marşrutları nəzərdən keçirdiyi barədə məlumatları yanlış şərh edirlər. Yenə də düzgün tərif əlavə marşrutlar olardı", - deyə qazaxıstanlı nazir KİV nümayəndələrinə bildirib.
Yerlan Akkenovun sözlərinə görə, Xəzər Boru Kəməri Konsorsiumu 82 milyon ton neft nəql edə bilər və hazırda bu boru kəmərinə alternativ yoxdur.