“Qazprom”un rəhbəri Aleksey Miller Milanda Gürcüstanın baş nazirinin müavini və energetika naziri Kaxaber Kaladze ilə Gürcüstandan keçərək mümkün qaz tranzitini müzakirə edib.
Oxu.Az xəbər verir ki, görüş Milanda keçirilib, qaz inhisarçısının mətbuat xidməti məlumat yayıb.
“Görüşdə Rusiya qazının Gürcüstan ərazisindən tranziti və onun kommersiya tədarükü məsələlərinin nəzərdən keçirilməsi təklif edilib”, - məlumatda bildirilib.
2014-cü ildə “Qazprom” Gürcüstana 0,3 milyard kub metr qaz tədarük edib.
Qeyd edək ki, Gürcüstanın energetika naziri Kaxaber Kaladze “Qazprom” nümayəndələri ilə görüşüb.
O, əgər “Qazprom”un Gürcüstana Azərbaycandan daha sərfəli qiymət təklif etdiyi halda, Rusiya qazının tədarükünün artırılmasını istisna etməyib.
Danışıqlar gürcü müxalifəti tərəfindən kəskin tənqidə səbəb olub.