Qəhvənin “Robusta” sortundan məhsulun birja qiyməti bir ton üçün 3 847 dollar olmaqla tarixi rekorda çatıb.
Qiymətlərin qalxması bu növ qəhvənin ən böyük tədarükçülərindən biri olan Vyetnamda anomal istilərlə bağlıdır. Ölkədə hava şəraitinə görə qəhvə ağaclarını suvarmaq üçün kifayət qədər su ehtiyatı olmadığına görə məhsul qıtlığı yarana bilər. Bu da müvafiq olaraq bazara təsir göstərir.
Qeyd edək ki, 2008-ci ildən bəri ilk dəfə qəhvənin qiyməti 4,8 faiz artaraq bir ton üçün 3,8 min dollar olub. İlin əvvəlindən bir ton qəhvənin maya dəyəri 24 faiz artıb.
Mənbə: Bloomberg