Bu ilin birinci yarısında qeyri neft sektoruna 5 milyard 111 milyon manatdan çox investisiya yönəldilib.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildiriblər.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,5% artım deməkdir.
Ümumiyyətlə, ilin əvvəlindən inşaat kompleksində 7,4 milyard manat məbləğində vəsaitdən istifadə edilib, onun 64,9%-i və ya 4,8 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2012-ci ilin birinci yarısına nisbətən inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 22,9%, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 39,6% artıb.
Əsas kapitala yönəldilmiş vəsaitin 74,9% və ya 5,5 milyard manatını daxili investisiyalar təşkil edib.