2015-ci ilin 3 ayı ərzində (yanvar-mart) informasiya və rabitə xidmətləri müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən artaraq 379,4 milyon manat təşkil edib.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Komitənin məlumatına görə, pərakəndə ticarət şəbəkəsindən əhaliyə 5 760,3 milyon manat məbləğində istehlak malları satılıb və xidmət müəssisələri tərəfindən 1675,6 milyon manatlıq pullu xidmət göstərilib.
2014-cü ilin birinci rübü ilə müqayisədə əmtəə dövriyyəsi 9,6 %, pullu xidmətlərin həcmi isə 5,3% artıb, ölkə sakinləri ticarət şəbəkəsindən 2 894 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatı, 2 866,3 milyon manatlıq qeyri-ərzaq malları alıb.
Ülviyyə R. Əli
www.oxu.az