İlin əvvəlindən keçən altı ay ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 722,4 milyon manatlıq xidmət göstəriblər.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ilin yanvar-iyununa nisbətən informasiya və rabitə xidmətlərinin həcmi 12,6 faiz artıb, xidmətlərin 72,4 faizi əhaliyə göstərilib və əldə edilmiş gəlirin 78,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Gülnarə Zeynalova
www.oxu.az