“Əmək bazarının sürətlə artan tələbinə əsasən ölkədə rəqəmsal savadlılığın artırılması üzrə 2021-ci ilin oktyabrından “Technest” Təqaüd Proqramına start verilib. Məqsəd ölkədə İKT üzrə peşəkar milli kadrların yetişdirilməsidir”.
Oxu.Az xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İllik İnnovasiya Sammitində çıxışı zamanı deyib.
O bildirib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi növbəti illər ərzində ölkənin bu sahədə inkişafı üçün mühüm addımlar atacaq:
“Technest” Təqaüd Proqramı çərçivəsində 2023-cü ilin sonuna kimi daha 3 000 gənc İKT üzrə peşəkar kurslara cəlb olunacaq. Azərbaycan hökuməti bu sahədə inkişafı davam etdirəcək və dövrün dəyişən imkanlarına çatacaq. Yeni startaplar ortaya çıxacaq, qarşıya qoyulan məqsədlərə sürətlə nail olacağıq. Mən buna inanıram”.
Könül Cəfərli