Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Robert Fitso: "Slovakiya qaz tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparır"
"Slovakiya qaz tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparır".
Oxu.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso bildirib.
Onun sözlərinə görə, Slovakiya Ukraynada sülh danışıqlarının Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranzitini bərpa etməyə imkan verəcəyinə ümid edir, lakin qaz tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparır:
"Danışıqlar aparırıq, ilk növbədə Azərbaycanla. Çünki svop qaz tədarükünü təşkil etməyə çalışırıq. Bu, bir çox texniki çətinliklərlə müşayiət olunur, ona görə də ümid edirəm ki, sülh danışıqları Ukrayna ərazisindən standart qaz tranzitinə yol açacaq".
"Robert Fitso" teqi üzrə xəbərlər
- Fitso: "Ukraynaya bir sent belə göndərməyəcəyəm"
- Slovakiya Aİ sammitinin Ukrayna ilə bağlı qərarını bloklaya bilər
- Parisdə keçiriləcək sammitdə Ukraynaya qoşun göndərilməsi məsələsi müzakirə ediləcək
- Rusiya qazının "Türk axını" boru kəməri ilə Slovakiyaya tədarükü bərpa edildi
- Slovakiyanın baş naziri Zelenskiyə xəbərdarlıq edib