Rusiyadan Azərbaycan iqtisadiyyatına 1,8 milyard dollar, Azərbaycan tərəfindən isə Rusiya iqtisadiyyatına 2004-2013-cü illərdə 1 milyard dollardan çox birbaşa investisiya qoyulub.
Oxu.Az xəbər verir ki, bu sözləri Şahin Mustafayev bu gün keçirilən konfransda Rusiya Federasiyası hökuməti sədrinin müavini Arkadiy Dvorkoviçlə görüşü zamanı səsləndirib.
Nazirin sözlərinə görə, Azərbaycan və Rusiya arasında 45-dən çoxu iqtisadi sahədə olmaqla 170-ə yaxın sənəd imzalanıb. İki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi imkanları barədə danışan Şahin Mustafayev kənd təsərrüfatı, maşınqayırma, əczaçılıq və s. sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialı diqqətə çatdırıb.
“Bundan başqa, Rusiya şirkətləri Azərbaycanın sənaye parklarında iş adamları üçün yaradılmış əlverişli imkanlardan yararlana bilərlər”- deyə, Şahin Mustafayev bildirib.