Rusiya və İran iqtisadiyyat, əsasən də Rusiyaya İran neftinin ötürülməsi sahəsində memorandum bağlamaq istiqamətində danışıqlar aparırlar.
Oxu.Az Novosti.az-a istinadən bildirir ki, bunu Rusiya nəşriyyatı olan “Komersant” qəzetinə müsahibəsində İranın səfiri Mehdi Sənani bildirib.
Yanvarda KİV bildirib ki, RF və İran rus istehsalı olan avadanlığa və əmtəə mallarına gün ərzində 500 min barel iran neftinin Rusiyaya ötürülməsi məsələsini müzakirə edirlər.
İran səfiri ötürüləcək neftin həcmi barədə heç bir şey deməyib, amma bir neçə yüz min bareldən söhbət getdiyini vurğulayıb.
“Hal-hazırda ötürüləcək neftin həcmi müəyyənləşdirilir, dəqiq göstəricilər neftin hara və nə zaman çatdırılacağından asılıdır. Rusiya bir neçə təyinat yeri və daşınma marşrutu təqdim edib”, - diplomat “RİA Novosti”-yə bildirib.
Rusiya öz növbəsində İranda öz mövqelərini genişləndirə bilər. Sənaninin sözlərinə görə, tərəflər energetika və ya qaz yataqlarının tədqiqi sahəsində birgə layihələrdə əməkdaşlıq edə bilərlər.
Rusiya və İran maşınqayırma, elektroenergetika və dəmir yolları tikintisi sahəsində əməkdaşlıq edə bilərlər.
“Qazprom” və “Lukoil” kimi iri şirkətlərin rəhbərləri İranla əməkdaşlığı bərpa etmək istədiklərini bildiriblər.