“RosAqroMaş”-ın (Rusiya kənd təsərrüfatı texnikası istehsalçılarının Assosiasiyası) məlumatına əsasən, 2015-ci ilin birinci yarısının yekunlarına görə Rusiya kənd təsərrüfatı texnikasının ixracatı, xaricə kənd təsərrüfatı texnikasının çatdırılması üzrə rekord həddə çataraq 3,8 milyard rubldan ibarət olub (keçən ilin analoji dövrü ilə müqayisədə ikiqat artım müşahidə edilib).
“RosAqroMaş”-ın (Rusiya kənd təsərrüfatı texnikası istehsalçılarının Assosiasiyası) direktoru Yevgeni Korçevoyun fikrinə görə, ixracatın artımı yeni perspektivli Rusiya modellərinə olan marağın artmasıdır.
Oxu.Az xəbər verir ki, həmin modellər xarici analoqları ilə qiymətdə və keyfiyyətdə uğurla rəqabət aparırlar.
“Biz Rusiya məmulatlarına olan tələbatın praktiki olaraq bütün Avropa, Asiya, Zaqafqaziya bazarlarında artdığını görürük. Bu, texniki xüsusiyyətlərinə görə xarici maşınlardan geri qalmayan, iqtisadi göstəricilərə görə isə xarici analoqlarından üstün olan maşınlar istehsal edən yerli istehsalçıların nailiyyətidir”, - Y.Korçevoy bildirib.
Belə ki, onun sözlərinə görə, Rusiya kənd təsərrüfatı texnikasının Almaniya, Fransa, Bolqarıstan, Türkiyə, Kanada və Azərbaycana çatdırılması, 2015-ci ilin altı ayı ərzində, 2014-cü ilin analoji dövrü ilə üç dəfə artıb.
Qazaxıstan, Monqolustan və Tacikistana ixrac iki dəfə, Qırğızıstan Respublikasına və Macarıstana isə 30% artıb.
İxracat yalnız Belarusa azalıb. Cari ilin 6 ayı ərzində Rusiyadan kənd təsərrüfatı texnikasının ixracatı 33% azalıb (2014-cü ilin analoji dövrünə nisbətən).