Rusiyanın “LUKoyl”, “Qazprom” və Qazaxıstanın “Kazmunayqaz” şirkətlərinin birgə müəssisəsi Xəzərdə Mərkəzi yataqda işləri davam etdirə bilmir. Sərbəst qazma qurğusu yoxdur, Qərbin texnoloji sanksiyaları ilə əlaqədar xaricdən başqasını gətirmək mümkün olmayıb.
Oxu.Az xəbər verir ki, bunu Rusiya televiziyasının efirində “LUKoyl” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.
Onun sözlərinə görə, şirkətlər qazma qurğularının boşalması, yaxud da sanksiyaların götürülməsini gözləməlidirlər.
Məhdudiyyətlərlə əlaqədar “LUKoyl” Bajenov layının işlənilməsi üzrə “Total” ilə olan müqaviləsini pozub. Lakin Ələkbərov ümid edir ki, şirkət geri qayıdacaq və tərəfdaşının bütün itkilərini kompensasiya edəcək.