Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası göndərilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, 20 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb.
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 39 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 min ton taxta göndərilib.
Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.
Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu ölkəyə 20 vaqon buğda tədarük ediləcək.
Qatar saat 15:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək.