2015-ci il mayın 21-23-də məhsul ixracı ilə məşğul olan Rusiya şirkətləri Azərbaycana gələcək.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin Rusiya İnvestisiya və İxrac Kreditlərinin Sığortası Agentliyinin (EKSAR) məlumatında bildirilir.
Qeyd edək ki, səfər “Caspian Agro – 2015” XI Azərbaycan beynəlxalq sərgisi çərçivəsində baş tutacaq.
“Tədbirin məqsədi Rusiya istehsalçılarının və kənd təsərrüfatı texnikası təchizatçılarının Azərbaycan sahibkarları ilə gələcək ixracat yönümlü müqavilə və razılaşmalarının imzalanmasıdır” - deyə məlumatda deyilir.
Xatırladaq ki, səfər çərçivəsində, həmçinin Rusiya və Azərbaycan müəssisələrinin biznes əlaqələrinin birjasının keçirilməsi də planlaşdırılır.