Rusiyanın sənaye və ticarət naziri Denis Manturov tezliklə Azərbaycana səfər edəcək.
Oxu.Az Rusiyanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu barədə dünən xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə bildirib.
“Bizim iqtisadi münasibətlərdə hər şey yüksələn xətt üzrə gedir. Beynəlxalq konyukturaya baxmayaraq, Hökumətlərarası komissiya işləyir, Rusiyanın sənaye və ticarət naziri D.V.Manturovun səfəri gözlənilir”.
S.Lavrov eləcə də Rusiya yük şirkətləri üçün beynəlxalq daşımaların sayının artırılmasına imkan yaradan qərarın qəbul edilməsi üçün Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
“Rusiya Federasiyasına Azərbaycan kənd təsərrüfatı mallarının tədarükünün artırılması sevindirici haldır. Bununla əlaqədar bizim yük şirkətlərimiz üçün beynəlxalq daşımaların sayının artırılmasına imkan yaradan qərarın qəbul edilməsi üçün minnətdarıq”.