“S&P Global Ratings” (S&P) beynəlxalq reytinq agentliyi Rusiyanın xarici valyutada uzunmüddətli suveren kredit reytinqini “BBB-”dən “CCC-”yə endirib.
Bu barədə agentliyin yaydığı hesabatda deyilir.
Həmçinin uzunmüddətli yerli valyuta reytinqi “BBB-”dən “CCC-”yə endirilib.
Qeyd olunur ki, reytinqlər mənfi proqnozla “CreditWatch” siyahısına yerləşdirilib.
“CCC+”, “CCC” və “CCC-” reytinqləri o deməkdir ki, ölkənin ödəmə qabiliyyəti ilə bağlı çətinliklər var, borcları ödəmək imkanları əlverişli iqtisadi konyunkturadan asılıdır.
Xatırladaq ki, “Moody's” Beynəlxalq reytinq agentliyi də Rusiyanın reytinqini birdən-birə altı pillə aşağı salaraq, “Baa3”dən “B3” səviyyəsinə endirib.
Mənbə: RİA Novosti