Son vaxtlar Azərbaycandan Rusiyaya kiçik və orta biznes sahəsində işləməyə gedən azərbaycanlıların sayında azalma müşahidə olunur.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfirinin iqtisadi əlaqələr üzrə müavini Qüdsi Osmanov deyib.
O bildirib ki, bunun səbəbi ölkəmizdə həyat tərzinin ilbəil yaxşılaşması və iqtisadiyyatın inkişaf etməsi ilə əlaqəlidir.
Bu inkişaf vətəndaşlarımızın ölkədə qalaraq fəaliyyət göstərməsinə şərait yaradıb:
“İndi Rusiyada yaşayan vətəndaşların bir çoxu ölkəmizə qayıtmağa başlayıb. Azərbaycanın ayrı-ayrı şəhər və kəndlərində evləri olan vətəndaşlarımız bu ölkədə ev kirayəyə götürmək və qazandıqları vəsaiti itirmək istəmirlər. Çünki əvvəllər bu ölkədə qazandıqları pulları, indi ölkəmizdə işləməklə əldə etmək mümkündür”.