İlk növbədə bu, Rusiya miqrasiya qanununun sərtləşməsi ilə əlaqəlidir.
RF miqrasiya qanunvericiliyində dəyişiklikləri nəzərə alaraq, demək olar ki, bu ölkəyə Azərbaycandan əmək mühacirlərinin sayının azalması müşahidə edilir. Məsələn, əvvəl mühacir Rusiyada üç ay qala bilərdi, müddət bitdikdən sonra ölkəni tərk etməli idi və bir müddət keçdikdən sonra yenidən qayıda bilərdi.
Beləliklə də qanun ildə dörd dəfə bu dövlətin ərazisinə gəlməyə icazə verirdi. İndi isə qanunda edilən dəyişikliklərə görə mühacirlər Rusiya ərazisində üç ay olduqdan sonra ölkəni tərk etməli və geri, yalnız üç aydan sonra qayıda bilərlər. Qanuna görə bu ölkəyə mühacir üçün gəlmək imkanı ildə iki dəfə oldu.
Oxu.Az “Exo” qəzetinə istinadən xəbər verir ki, bu barədə ekspert Azər Allahverdiyev bildirib.
Ekspertin sözlərinə görə, bu, Rusiyaya gedən əmək mühacirlərinin sayında özünü büruzə verir.
“Digər tərəfdən isə əgər əvvəllər mühacir maneəsiz şəkildə burada əmək fəaliyyətinə başlaya bilərdisə, indi bunun üçün o, əvvəlcə rus dili və bu dövlətin tarixindən imtahan verməli, müvafiq qiymət və rus dili və tarix biliklərinə dair şəhadətnamə almalıdır.
Yuxarıda sadalanan dəyişikliklər Rusiyada olan mühacirlərin ümumi sayına mənfi təsir göstərir.
Hələ 2014-cü ilin birinci yarımilliyi üçün nəticələr hesablanmayıb, amma son dövrdə baş verən hadisələri və informasiyanı nəzərə alsaq deyə bilərik ki, Rusiyada əmək mühacirlərinin sayı azalır, bu isə Rusiya hakimiyyətini narahat edir. Məhz bunun üçün artıq RF-da əmək kvotasının ləğv edilməsi barədə müzakirələr aparılır”, - ekspert deyib.