Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Russneft" Azərbaycandakı aktivlərini əldən çıxarıb
"Russneft" Azərbaycandakı aktivlərə nəzarət edən şirkətləri öz strukturundan çıxarıb.
Bu barədə Rusiya şirkəti məlumat yayıb.
Qeyd edilib ki, "Russneft" Britaniya-Virciniya şirkəti "GEA Holdings Ltd." ilə əlaqələrini kəsib. "GEA Holdings Ltd" şirkəti isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşdır. GEA vasitəsilə "Russneft" "Abşeron", "Binəqədi", "Nefteçala" və "Şirvan" yataqlarının işlənməsində iştirak edib.
Kayman adalarından olan dörd şirkət də "Russneft"in strukturundan xaric edilib.
Beləliklə, "Russneft"in xarici istehsal aktivləri qalmayıb.
Mənbə: İnterfaks
Ən çox oxunanlar